MÜDRİK FİKİRLƏR

MÜDRİK FİKİRLƏR
MÜƏLLİMƏ GÖSTƏRİLƏN EHTİRAM

Napaleon Parisdən keçəndə izdihamı yarmağa çalışan yaşlı bir adam çox çətinliklə küçənin kənarına gəldi. Ancaq küçəni nəzarət altına alan əsgərlər ona keçməyə imkan vermədilər. Çox keçməmiş imperatorun hüzuruna çıxmağa çalışan bu yaşlı adam Napaleonun da diqqətini cəlb etdi. Həmin andaca o əsgərlərə: <<Buraxın gəlsin>>- deyə əmr verdikdən sonar fəxri qaravulun qarşısında durub ona: <<Diqqət hazır ol! Fransa gəlir! >> deyə hərbi salam verdi. Bu yaşlı adam Napaleonun müəllim idi.

<<AD GÜNÜN MÜBARƏK>>

O, artıq evlənmiş, oğul-uşaq sahibi olmuşdur. Bir gecə yarısı saat 3:00-da telefon zəng çaldı. Telefon dəstəyindən gələn səs anasının səsi idi. Bu gözlənilməz zəng ona o qədər də xoş gəlməmişdi. Odur ki, var gücü ilə:
-Nə var, nə istəyirsən? Bu gecə yarısı niyə məni narahat edirsən? Səhər zəng etsəydim olmazdı? – dedi.
Ana incik bir səslə cavab verdi:
-Bundan 25 il əvvəl sən də məni narahat etmişdin.
Gecə yarısı, saat 3:00-da Ad günün mübarək!

İNSANLAR MƏNİ NİYƏ SEVMİRLƏR?

Bir kənddə çox varlı, ancaq varlı olduğu qədər də xəsis bir adam var idi. Hamı onun xəsisliyindən danışırdı. Bir gün varlı xəsis, bir alimin yanına gedir və ona:
-Axı, niyə hamı mənə xəsis deyir, başa düşə bilmirəm. Halbuki, var dövlətimin böyük bir hissəsini xeyriyyə cəmiyyətinə vəsiyyət etmişəm. Üstəlik də kənddə bunu eşitməyən, bilməyən yoxdur, - deyir.
Alim xəsis varlını diqqətlə dinləyir, bir qədər susur və belə deyir:
-Sənə bir hekayə danışacağam. Mənə diqqətlə qulaq as. <<Öküz və inəyin>> hekayəsini… Bir gün bir öküz bir inəyə: <<Məndən heç danışmırlar, ancaq səndən danışmadıqları gün yoxdur. Bilirəm, sən onlara süd verirsən. Ancaq mən də onlara ət verirəm, dəri verirəm. Niyə məni sevmirlər, başa düşə bilmirəm >>. İnək bir qədər susur və öküzə deyir: <<Sən bütün bu dediklərini öləndən sonra verirsən, ancaq mən isə hər gün verirəm>>...
Hə , mənim dostum, sənin xeyirxahlığın öküzün yaxşılığına bənzəyir, ona görə də insanlar səni sevmirlər.

AĞILIN GÜCÜ

Qədim zamanlarda bir gəmi kapitanının çox böyük xəzinəsi var idi. O, bu xəzinəni gəmidəki otağında saxlayırdı. Bir gün kapitan yenə öz gəmisi ilə səfərə çıxdı. Kapitanın xəzinəsindən xəbər tutan bir oğru da onunla birlikdə gəmiyə mindi. Ancaq gəmidə onunla birlikdə bir neçə başqa sərnişin də var idi. Oğru öz-özünə bir plan qurmuşdu. O, əvvəlcə kapitanın xəzinəsini oğurlayacaq, sonra da bu xəzinəni öz otağında gizlədəcəkdi. Gəmi sahilə yan alan kimi isə xəzinəni götürüb qaçacaqdı...
Nəhayət, bir gün oğru kapitanın otağına yaxınlaşdı. Qapını döyən kimi kapitan içəridən:
-Kimdir, deyə soruşdu.
-Bu vaxt oğru qapını açdı və:
-Üzr istəyirəm, elə bildim öz otağımdır, - dedi.
Ancaq kapitan çox ağıllı bir adam idi. O dəqiqə gələn adamın oğru olduğunu başa düşdü. Vaxt itirmədən oğrunu tutdu. Bir az sorğu-sual dan sonra isə oğru günahını boynuna aldı. Hamı heyrətlə kapitandan:
-O adamın oğru olduğunu necə başa düşdünüz? – deyə soruşdu.
Kapitan:
-Çox asan! – deyə cavab verdi.
Sonra da – axı insan öz otağına girəndə qapını döyməz. Ancaq o əvvəlcə mənim qapımı döydü və sonra da: <<Üzr istəyirəm, elə bildim öz otağımdır>> - dedi.
Hamı kapitanın ağlının gücünə, zəkasına heyran qaldı.


Tehsil-press.az

Oxşar xəbərlər