Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov məhkəməyə müraciət edir.
Bu barədə “Qafqazinfo” ya açıqlamasında Orxan Nadirovun vəkili Habil Əliyev bildirib. “İndi İlhamə Quliyevanın 40 mərasimindəyəm. Qısaca məlumat verim ki, bu həftənin 4-cü günü məhkəməyə müraciət olunacaq və miras məsələsinə start veriləcək. Bura mirasın Orxan Nadirova qalması və digər məsələlər aiddir”.
Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva fevralın 25-də dünyasını dəyişib. Xatırladaq ki, mart ayının 5-də hüquq-mühafizə orqanları tərəfindən İlhamə Quliyevaya məxsus mənzilin açarlarının oğlu Orxan Nadirovdan alındığı, maşınının avtodayanacağa qoyulduğu və bahalı əşyalarınının saxlandığı seyfin isə plomblandığı ilə bağlı məlumat yayılmışdı.
tehsil-press.az