Türkiyə Azərbaycanın çətin günlərdəki dəstəyini unutmayacaq.
Prezident İlham Əliyev terror aktından sonra Ankaraya səfər etməklə Türkiyə xalqının qəlbini fəth etdi. Tehsil-press.az-ın məlumatına görə, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Binəli Yıldırım Bakıda İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında Ankarada terror aktları baş verdikdən sonra Azərbaycan Prezidentinin Ankaraya verdiyi dəstəyi unutmayacaqlarını bildirib.
"Türkiyə Azərbaycanın, o cümlədən ölkə Prezidenti İlham Əliyevin Ankarada terror aktları baş verdikdən sonra Türkiyəyə səfər etdiyi çətin günlərdəki dəstəyini unutmayacaq. İlham Əliyev terror aktından sonra Ankaraya səfər etməklə Türkiyə xalqının qəlbini fəth etdi. Azərbaycan Prezidenti Ankaraya səfər etməklə bütün dünyaya həqiqi qardaşlıq və dostluğun nə olduğunu nümayiş etdirdi", - Türkiyə Baş naziri bildirib.
“Azərbaycan və Türkiyə əlaqələri keçən 25 il ərzində irəliyə doğru bir çox sahədə böyük məsafə qət edib”. Bunu Bakıda səfərdə olan Türkiyənin baş naziri Binali Yıldırım deyib.
O, ənənəyə sadiq qalaraq seçildikdən sonra ilk olaraq Kipr və Bakıya səfər etdiyini bir daha xatırladıb.
Baş nazir Qarabağ probleminə də toxunub. B.Yıldırım deyib ki, Türkiyə bu işin ən yaxın izləyicisidir. "Hər dəqiqə toplanan qurumlar müzakirə mövzusu Azərbaycan və Türkiyə olduğu halda müzakirələrdən yayınırlar. Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana “dur” deməyin vaxtı çatıb. Minsk Qrupu toplanıb dağılışır. Artıq söz zamanı deyil, iş görülməlidir".
Baş nazir Almaniya parlamentinin ötən gün qəbul etdiyi “soyqırım” qərarına da münasibət bildirərkən deyib ki, Bundestaq tarixi bir yalana imza atıb. “Bu məsələni beynəlxalq aləm daha ciddi müzakirə etməlidir. Tarixi cəhətdən mübahisəli olan bu məsələdə Almaniya parlamentinin qərarı Ankara və Berlin münasibətlərinə zərər verəcək. Azərbaycana Almaniya parlamentinin qəbul etdiyi qərara ən yüksək səviyyədə münasibət bildirdiyi üçün təşəkkür edirəm. Azərbaycan torpaqlarındakı qətliamı görməmək ədalətsizlikdir. “Xocalı soyqırımını niyə gündəmə gətirmirlər? Burada ikili standartlar olduğunu görürük.
Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir. Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyirik”.
"Almaniyanın "soyqırım" qərarını qınayırıq. Erməni məsələsi bəhanədir. Bu qərar siyasi məsələdir”. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu sözləri prezident İlham Əliyev Türkiyənin baş naziri Binali Yıldırımla keçirdiyi birgə mətbuat konfransında deyib.
Prezident İlham Əliyev qeyd edib ki, belə bir qətnaməni qəbul edənlər çox ciddi tarixi səhvə yol veriblər. Qətnamə ədalətsiz, qərəzlidir. "Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi və bu gün mən ölkə prezidenti kimi bir daha bu yalan üzərində qurulan təxribatı pisləyirəm, qınayıram. Bu, ədalətsizlikdir, ikili standartlardır, tarixin təhrif edilməsidir".
İ.Əliyev deyib ki, Azərbaycan həmişəki kimi Türkiyənin yanındadır. “Hökumət rəhbəri ilə nazir olduğu vaxt birlikdə işlər görmüşük. Türkiyə ilə enerji layihələri qlobal bir hal alıb. Bizim həyata keçirdiyimiz layihələr həm bizi, həm də bölgənin sabitliyini gücləndirir.
Türkiyə dünyada önəmli bir gücdür. Türkiyənin gücü bizim gücümüzdür. Əminəm ki, bugünkü müzakirələr də gələcək üçün gözəl layihələrə yol açacaq”.
Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin Baş naziri Binali Yıldırım ilə təkbətək görüşüb.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.
Türkiyənin Baş naziri vəzifəsinə seçildikdən sonra Binali Yıldırımın ilk səfərini Azərbaycana etməsinin əhəmiyyəti vurğulanıb. Bu səfərin əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tehsil-press.az