Pirelli: Bakı yarışı zamanı təkərlər dağıla bilər

Pirelli: Bakı yarışı zamanı təkərlər dağıla bilər Pirelli avtoidman bölməsinin rəhbəri Pol Hembri Bakıda keçiriləcək Formula-1 yarışları zamanı təkərlərin sıradan çıxa biləcəyinə dair narahatlıqlarını ifadə edib.

Tehsil-press.az motorsport.com-a istinadən xəbər verir ki, Pol Hembri bunun səbəbini Bakı trasının ekstremal-uzun düz hissəsi və İçərişəhəin Qoşa Qala qapısı istiqamətində üzərinə müvəqqəti asfalt döşənmiş daş yolla bağlı olduğunu deyib. Onun sözlərinə görə, trasın həmin hissəsində təkərlərə həddən artıq yük düşəcək və bu da onların zədələnməsinə gətirib çıxara bilər.
“İlk baxışdan belə gəlir ki, bu trasda dramatik heç nə baş verməməlidir, lakin orada trasın düz hissəsi çox uzundur və biz rezinlərin özünü bu yüklənmədə necə aparacağı ilə bağlı ehtiyatlı olmalıyıq”-komanda rəhbəri bildirib.
Pirelli komandasının rəhbəri deyib ki, sinoptiklər yarışların keçiriləcəyi həftə sonu üçün kifayət qədər isti hava proqnozlaşdırıblar. Bu da trasın üzərinə müvəqqəti asfalt döşənmiş hissəsi ilə bağlı narahatlıq yaradır. Həmin asfalt isti günəş şüalarının təsiri altında Bakıda gözlədiklərindən daha tez sıradan çıxa bilər. “Belə şeyləri hökmən yoxlamaq lazımdır, çünki onlar qarşılaşana qədər banal hesab edilir. Əgər müvəqqəti asfalt dağılmağa başlasa bu, ciddi problem olacaq. Çünki onu bərpa etmək elə də sadə deyil. Buna diqqət yetirmək və izləmək lazımdır”-Pol Hembri deyib.


Tehsil-press.az

Oxşar xəbərlər