Bu rayonun baş memarı işdən çıxarıldı

Bu rayonun baş memarı işdən çıxarıldı Salyan Rayon İcra Hakimiyyətinin (RİH) baş memarı vəzifəsindən azad olunub.

Bununla bağlı icra başçısı Rüstəm Xəlilov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Teyyub Hüseynov baş memar vəzifəsindən azad edilib. O, eyni zamanda ləğv edilmiş Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsini də itirib.

Hazırda Memarlıq-tikinti məsələləri sektorunun müdiri - baş memar vəzifəsi vakansiyaya çıxarılıb.

Tehsil-press.az

Oxşar xəbərlər