İrandan Türkiyə hava məkanına daxil olan ballistik raket məhv edilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında raketin NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilmiş hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi bildirilir.
Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında ölkə ərazisinə və hava məkanına yönəlmiş bütün təhdidlərə qarşı qətiyyətli tədbirlər görüldüyü vurğulanıb.
Tehsil-press.az
















