Bir sıra müğənnilərin qadağa qoyulduğu verilişlərdə NƏLƏR DƏYİŞDİ?

Bir sıra müğənnilərin qadağa qoyulduğu verilişlərdə NƏLƏR DƏYİŞDİ? Ötən həftə xəbər portalımız Azərbaycan efirində ediləcək dəyişikliklərlə bağlı məlumat yaymışdı. Efir qadağası tətbiq olunacaq müğənnilərin siyahısı yayımlanmışdı.

Bu gündən etibarən səhər verilişlərinin qonaq seçimində və məzmununda dəyişikliklər nəzərə alınıb.

Xəzər TV-də yayımlanan "İncə səhər" verilişi həmişə olduğu kimi səliqəli efiri ilə seçilib. Proqramda əsasən Əməkdar artistlərin ifalarına və yaradıcılıq söhbətlərinə yer verilib.

ATV kanalının "Rəngarəng" verilişində isə muğama üstünlük verilməsi diqqət çəkib. Gənc muğam ifaçıları canlı ifaları ilə tamaşaçıların zövqünü oxşayıblar.

ARB kanalında yayımlanan "Günə uğurla" verilişində də muğamlara və canlı ifalara geniş yer ayrılıb.

Space TV-də səhər saatlarında təqdim olunan "İbo şou" proqramında da çərçivədən kənar söhbətlərə yer verilmədiyi müşahidə olunub.

Beləliklə, səhər efirlərində daha çox milli musiqiyə, canlı ifalara və efir mədəniyyəti ilə seçilən insanlara üstünlük verilməsi yeni yanaşmanın əsas istiqaməti kimi qiymətləndirilir.

Tehsil-press.az

Oxşar xəbərlər