36 ildir Prezidentin ən yaxın adamıdır - Bu gün yubileyidir

36 ildir Prezidentin ən yaxın adamıdır - Bu gün yubileyidir Bu gün Azərbaycan Prezidenti Katibliyinin rəisi, general-polkovnik Bəylər Eyyubovun yubileyidir.

Onun 75 yaşı tamam olub.

Bəylər Həsən oğlu Eyyubov 1951-ci il martın 10-da Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kəndində anadan olub. Sovet dövründə daxili işlər orqanlarında işləyib.

O, ictimaiyyət qarşısına daha çox Ulu Öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri işlədiyi dövrdə çıxıb. B.Eyyubov Naxçıvanda Heydər Əliyevin təhlükəsizliyi ilə məşğul olub.

1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyev Naxçıvandan Bakıya qayıdanda onu müşaiyət edib.

O, 1993-cü il sentyabrın 20-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi rəisinin müavini, 2003-cü il iyunun 2-də Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini - Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

2020-ci il martın 16-da isə Prezident İlham Əliyevin sərəncamı ilə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub.

2025-ci il iyunun 30-da ehtiyata buraxılıb və Prezidentin Katibliyinin rəisi təyin olunub.

B.Eyyubov “Şərəf”, “Azərbaycan bayrağı”, “Vətənə xidmətə görə” (3 dəfə) və digər orden və medallarla təltif edilib.

Tehsil-press.az

Oxşar xəbərlər