Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi Azərbaycan Karate Federasiyası bu qurumun vitse-prezidenti Fərid Əsgərovun Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin olunması münasibətilə onu təbrik edib.

Bu barədə Federasiyadan daxil olan məlumatda bildirilib.

Məlumatda o da qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Fərid Əsgərov general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

Federasiya bu məsuliyyətli və şərəfli fəaliyyətində Fərid Əsgərova uğurlar arzulayıb.

Xatırladaq ki, Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilərək, Prezident Katibliyinin rəisi vəzifəsinə təyin olunub.

Fərid Əsgərov son təyinatadək polkovnik rütbəsində Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini postunu tutub.

Tehsil-press.az

Oxşar xəbərlər