Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq bu gün Azərbaycanda qısaldılmış iş günüdür.Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır.
Bu səbəbdən 20-24 mart Novruz bayramı, 20-21 mart isə Ramazan bayramı ilə əlaqədar olaraq martın 19-u qısaldılmış iş günü sayılır.
Qeyd edək ki, 20-30 mart tarixlərində ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.
Tehsil-press.az








