Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi Azərbaycana yaz gəlib.
Fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, ölkəmizə yaz fəsli gecə saat 01:58-də daxil olub.
Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri elan olunub. Bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab edilir. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləridir.
Qeyd edək ki, bu il iyunun 21-i saat 19:54-də yay, sentyabrın 23-ü 11:50-də payız, dekabrın 22-si 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.

Tehsil-press.az



Oxşar xəbərlər