Bu boyda aktyorun mərasimini planlamaq çətindir? – Jurnalist nazirliyi sərt tənqid etdi

Bu boyda aktyorun mərasimini planlamaq çətindir? – Jurnalist nazirliyi sərt tənqid etdi Rasim Balayevin vida mərasimi ilə bağlı narazılıqlar davam edir.

Jurnalist Pərviz Hüseynli sosial şəbəkə hesabında paylaşım edərək Mədəniyyət Nazirliyini və aidiyyəti qurumları sərt tənqid edib.

O bildirib ki, mərasim zamanı jurnalistlər üçün şərait yaradılmayıb:

“Yox e, hər dəfə niyə bu hallar baş verir ki? Mədəniyyət Nazirliyi və aidiyyəti qurumlar bilmir ki, bu boyda aktyor vəfat edib, onun vida mərasimidir, bütün media ona rəğbət bəsləyir, hamı burada olacaq? Yəni, bu qədərmi çətindir əvvəldən koordinasiya etmək? Vallah, lazımdırsa, mən dəstək göstərə bilərəm.

Jurnalistlərə əvvəlcədən yer ayrılmalıdır, deyilməlidir ki, çəkilişlərinizi buradan edə bilərsiniz. Pərakəndə şəkildə, birinin ayağının altında, itələməklə, xor görməklə deyil də. Özünüzə lazım olanda 50 yerdən press-reliz göndərirsiniz. İl olub 2026, siz hələ də koordinasiya nədir bilmirsiniz.

Sizə sənətkar, ona verilən dəyər maraqlıdırsa, sənətkarı uca tutun da, tarixdə qalan sənətkara verilən dəyərdir.Yoxsa, kiməsə yaranmaq, yaxşı görünmək, onu orada əyləşdirmək, bunu burada əyləşdirmək deyil də. Biz də kor deyilik, hər şeyi görürük, mediaya yer eləməlisiniz, ehtimal nəzəriyyəsi ilə haradasa, nə vaxtsa, hansısa vəzifəyə görə özünüzə yox. Siz belə edirsiniz, bizə də "yer eləyir"”.

Tehsil-press.az

Oxşar xəbərlər