Üçqat Dünya və Avropa çempionu Hacı Əliyev ADPU-da tələbələrin qonağı olub

Üçqat Dünya və Avropa çempionu Hacı Əliyev ADPU-da tələbələrin qonağı olub Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) nəzdində İdman və sağlamlıq klubu və İbtidai təhsil fakültəsi təşkilatının təşkilatçılığı ilə “Çempionun uğur yolu” adlı görüş keçirilib.
Görüşün qonağı ölkənin tanınmış idmançısı, 3 qat Dünya və Avropa çempionu, Olimpiya oyunlarının bürünc və gümüş medalçısı Hacı Əliyev olub.
Əvvəlcə ADPU-nun rektoru Cəfər Cəfərov Hacı Əliyevi qəbul edərək Azərbaycan idmanına verdiyi töhfələrə görə təşəkkür edib, öz növbəsində idmançı da dövlətin və xalqın mənəvi dəstəyini daim arxasında hiss etdiyini vurğulayıb.
Görüşdə Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev Azərbaycanda idmana dövlət qayğısının təməlinin möhkəm sütunlara əsaslandığını, aparılan sistemli işlər nəticəsində dünya miqyasında uğurların əldə olunduğunu bildirib.
Hacı Əliyev karyerası ərzində əldə etdiyi nailiyyətlərdən söz açaraq qət etdiyi bu yolun nə qədər çətin olsa da, qürurverici olduğunu qeyd edib.
Qarşıda onu gözləyən “Paris 2024” Olimpiya oyunlarında qızıl medalı hədəfləyən Hacı Əliyev xalqın dəstəyi ilə bu missiyanın öhdəsindən layiqincə gələcəyinə inandığını söyləyib.
Görüş diskussiya ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər