Bakıda ağır yol qəzası baş verib.Murad Müslüm oğlu Abaszadə idarə etdiyi avtomobillə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyadanı vurub.
Nəticədə 2010-cu il təvəllüdlü Emil Kamil oğlu Əliyev hadisə yerində ölüb.
Məlum olub ki, hadisə piyada keçidinin üzərində baş verib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
Tehsil-press.az











