Rusiya ilə müharibə qaçılmazdır: ölkə hazırlığa başladı

Rusiya ilə müharibə qaçılmazdır: ölkə hazırlığa başladı Avropa Rusiya ilə müharibəyə hazırlıq məqsədilə hərbiləşdirilməni artırır.

Bu barədə “L’ AntiDiplomatico” nəşri məlumat yayıb.

Nəşrdə Avropa ölkələrinin Ukrayna və digər ölkələr üçün dronlar istehsal etdiyi bildirilib.

Qeyd edilir ki, xüsusilə Fransa bu istiqamətdə hazırlığını artırıb və ciddi şəkildə aktivləşib.

Nəşrin iddiasına görə, siyasətçilər Avropanı Ukrayna böhranı üçün arxa cəbhəyə çeviriblər və praktik olaraq Rusiya ilə münaqişədə iştirak edirlər.

“Son vaxtlar Baltik dənizində Rusiya ticarət gəmilərinə qarşı piratçılıq Avropanın aqressiv niyyətlərini göstərir. Rusiya ilə Avropa arasında münaqişənin qaçılmaz olacağı aydınlaşır. Görünür, hər hansı bir geridönüş çətin və ya sadəcə qeyri-mümkündür”, – məqalədə deyilir.

Tehsil-press.az

Oxşar xəbərlər