Atatürk hava limanında azərbaycanlılardan xəsarət alan olubmu?

Atatürk hava limanında azərbaycanlılardan xəsarət alan olubmu? Azərbaycanın Türkiyədəki səfiri bu barədə məlumat verdi.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov İstanbulun Atatürk hava limanında törədilmiş qırğınla bağlı məlumat verib. Tehsil-press.az-ın Türkiyə bürosundan verilən məlumatına görə, diplomat faciədə azərbaycanlı sərnişinlərdən ölən yaxud yaralananların olmadığını çatdırıb.
Türkiyə mətbuatından alınan məlumatlara görə, hadisə qurbanlarının əksəriyyəti Türkmənistan vətəndaşları olub. Ümumilikdə terror aktı zamanı 36 nəfərin öldüyü, 150-dən çox yaralının olduğu deyilib.


Azərbaycanın Türkiyədəki səfiri terror aktı ilə bağlı məlumat verdi

Azərbaycan Hava Yollarının (AZAL) mətbuat katibi Paşa Kəsəmənskidən alınan məlumata görə, iyunun 28-i saat 22:00-da İstanbuldan Bakıya uçmalı olan reys təxirə salınıb. Saat 24:00-də Bakıdan əks istiqamətdə yollanacaq təyyarənin də uçuşunu başqa bir vaxta təyin etməli olublar. AZAL-ın məlumatına görə, azərbaycanlı sərnişinlər Atatürk hava limanında olarkən heç bir təhlükə ilə üzləşməyiblər.


Atatürk hava limanında terrorun şahidi olmuş azərbaycanlı sərnişin

İstanbulun Atatürk Hava Limanında baş vermiş terror aktı ilə əlaqədar hava limanı iyunun 29-da Türkiyə vaxtı ilə saat 8.00-dək uçuşlar üçün bağlı olacaq. Sərnişinlər hava limanından təxliyə edilib. Qeyd olunan vaxtadək təyyarələrin hava limanına uçuşuna və enişinə icazə verilməyəcək.


Tehsil-press.az

Oxşar xəbərlər