Ərdoğan: Türkiyədə ölüm cəzasının bərpasına baxıla bilər

Ərdoğan: Türkiyədə ölüm cəzasının bərpasına baxıla bilər Türkiyədə ölüm cəzasının bərpa olunması məsələsinə baxıla bilər.

Tehsil-press.az-ın Haber 7 telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, xalqın tələbinin qiymətləndirilməsi hər bir demokratik ölkənin haqqıdır.
Bundan öncə Türkiyənin Baş naziri Binali Yıldırım qiyamçılar barəsində ölüm hökmünün veriləcəyi istisna etməyib.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.


Tehsil-press.az

Oxşar xəbərlər