Baş nazir: Türkiyə böyük faciəni arxada qoydu

Baş nazir: Türkiyə böyük faciəni arxada qoydu Türkiyə böyük faciəni arxada qoydu.

Tehsil-press.az-ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, Türkiyədə hərbi çevriliş cəhd Fəthullah Gülən hərəkatının işidir.
B.Yıldırım qeyd edib ki, Türkiyə xalqı hərbi çevrilişlərin keçmişdə qaldığını sübut etdi.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.


Tehsil-press.az

Oxşar xəbərlər