Yaponiya millisinin məşqçisi: Bakı ildən-ilə idman yarışlarını daha yaxşı təşkil edir

Yaponiya millisinin məşqçisi: Bakı ildən-ilə idman yarışlarını daha yaxşı təşkil edir Bakı ildən-ilə idman yarışlarını daha yaxşı təşkil edir.

Bunu Tehsil-press.az-a daha əvvəl Azərbaycanda işləmiş bədii gimnastika üzrə Yaponiya yığmasının qrup hərəkətləri üzrə məşqçisi İnna Bıstrova deyib.
Onun sözlərinə görə, Bakının təşkilatçılıq qabiliyyətləri ildən-ilə artır: "Azərbaycanda işləyəndə bizim üçün gözəl şərait yaradırdılar".
Məşqçi deyib ki, ötən dövr ərzində Azərbaycan gimnastikasının səviyyəsi xeyli artıb: "Bədii gimnastika elə dinamik idman növüdür ki, burada heç kəs yerində dayanmır, buna görə də qalan gimnastların səviyyəsi də artır".
Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 20 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcəklər.
Yarışların ilk iki günü 31 gimnast və 12 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.
Bu dəfə də bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi qala-konsert (24 iyul) gözləyir.


Yaponiya millisinin məşqçisi: Bakı ildən-ilə idman yarışlarını daha yaxşı təşkil edir

Yaponiya millisinin məşqçisi: Bakı ildən-ilə idman yarışlarını daha yaxşı təşkil edir

Tehsil-press.az

Oxşar xəbərlər