Obamanın qardaşı Trampı dəstəklədi

Obamanın qardaşı Trampı dəstəklədi Obamanın ögey qardaşı Malik Obama ABŞ prezidentliyinə namizədlərdən kimi dəstəklədiyini açıqlayıb.

The New York Post xəbər verir ki, Malik Obama Respublikaçılar Partiyasından namizədliyini irəli sürən milyarder Donald Trampı dəstəklədiyini açıqlayıb.
“Donald Tramp xoşuma gəlir. O, çox ürəkdən danışır. ABŞ-ı yenidən hegemon dövlətə çevirmək əla sloqandır”, – deyə o bildirib.
Malik milyarderlə görüşmək arzusunda olduğunu da açıqlayıb.


Tehsil-press.az

Oxşar xəbərlər