Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğluna Qaziantep vilayətində törədilmiş terror aktı ilə əlaqədar başsağlığı məktubu göndərib.
Xarici İşlər Nazirliyindən Tehsil-press.az-a verilən məlumata görə, E.Məmmədyarov Türkiyənin Qaziantep vilayətində toy mərasimi zamanı törədilmiş dəhşətli terror aktı ilə əlaqədar həmkarı M.Çavuşoğluna ötən gün ünvanladığı başsağlığı məktubunda çoxsaylı insan tələfatı ilə nəticələnən bu dəhşətli terror aktından dərin kədər hissi keçirdiyini ifadə edib. O, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycanın bu terror aktından son dərəcə hiddətləndiyini, terrorizmin bütün forma və təzahürlərinə qarşı birgə və qətiyyətlə mübarizə aparılmasının vacibliyini vurğulayıb.
E.Məmmədyarov baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralanan və xəsarət alanların şəfa tapmasını dilədiyini bildirib.
Qeyd edək ki, Türkiyənin Qaziantep şəhərində avqustun 20-də 12-14 yaşında terrorist-kamikadze tərəfindən toy mərasimində partlayış törədilib. Partlayış nəticəsində 51 nəfər ölüb, 69 nəfər xəsarət alıb.
Tehsil-press.az