İlham Əliyev Ollanda başsağlığı verdi

İlham Əliyev Ollanda başsağlığı verdi "Terror aktı nəticəsində çox sayda insanın həlak olması bizi olduqca sarsıtdı".

Prezident İlham Əliyev Nitsada baş verən terror aktına görə Fransa prezidenti Fransua Ollanda başsağlığı verib. Tehsil-press.az-ın məlumatına görə, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident, Nitsa şəhərində törədilmiş dəhşətli terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.
Biz bu qəddarlıq əməlindən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.
Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".


Tehsil-press.az

Oxşar xəbərlər