Bu gündən etibarən Azərbaycan bankları xarici valyuta satışını dayandırıb.
Satışın dayandırılmasının səbəbini “Bank Respublika”da izah etməkdə çətinlik çəkiblər və bildiriblər ki. bu “bankın daxili qərarıdır”. “AtaBank”da və AFB-də deyiblər ki, bu banklarda artıq bir neçə gündür dollar satılmır.
“Nikoil Bank”dan verilən xəbərə görə, avqustun 30-dan bütün növ xarici valyutanın satışını dayandırıblar.
Qeyd edək ki. bugünkü hərracda 29 kommersiya bankı Dövlət Neft Fondunun satışa çıxardığı 50 milyon dolları alıb. Qeyri-rəsmi məlumata görə, tələbat təklifdən xeyli yüksək olub. Buarada Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi avqustun 31-nə 1,6321 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dollar 1,6280 manata bərabər olub.
Tehsil-press.az