Prezident İlham Əliyev: Rioda Azərbaycan bayrağının 18 dəfə dalğalanması müstəqilliyimizin 25 illiyinə gözəl hədiyyədir

Prezident İlham Əliyev: Rioda Azərbaycan bayrağının 18 dəfə dalğalanması müstəqilliyimizin 25 illiyinə gözəl hədiyyədir Rioda Azərbaycan bayrağının 18 dəfə dalğalanması müstəqilliyimizin 25 illiyinə gözəl hədiyyədir.

Tehsil-press.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Rio Yay Olimpiya Oyunlarında Azərbaycan komandası möhtəşəm və tarixi qələbə qazanıb: “Bu qələbə münasibətilə idmançılarımızı və bütün Azərbaycan xalqını bir daha təbrik edirəm. Bu, doğrudan da tarixi qələbədir. Azərbaycan idmançıları Rio Olimpiya Oyunlarında 18 medal qazanmışlar. Bu, rekord göstəricidir. Onlardan 1-i qızıl, 7-si gümüş, 10-u isə bürünc medaldır. Bu onu göstərir ki, Azərbaycanda doğrudan da idman dövlətidir. Mən bunu dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm və həyat və idmançılarımızın nəticələri bunu bir daha təsdiqləyir. Medalların sayına görə Azərbaycan komandası 14-15-ci yerləri bölüşür. Avropa ölkələri arasında 7-ci, keçmiş Sovet İttifaqı respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdədir”.
İlham Əliyev bildirib: “Siz Azərbaycan xalqını sevindirmisiniz. 18 dəfə müstəqil Azərbaycan bayrağı Rioda dalğalanıb. Xüsusilə nəzərə alsaq ki, bir aydan sonra biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu, müstəqilliyimizin 25 illiyinə Azərbaycan idmançıları tərəfindən gözəl hədiyyədir. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Mən sizinlə fəxr edirəm! Sizə minnətdaram! Sizə uğurlar arzulayıram! Sizi öpürəm, bağrıma basıram! Eşq olsun Azərbaycan idmançılarına!”


Tehsil-press.az

Oxşar xəbərlər