2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək

2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda əhalinin növbəti siyahıyaalınması 2019-cu il oktyabrın 1-10-da keçiriləcək. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.
Nazirlər Kabinetinə 2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etmək tapşırılıb.


Tehsil-press.az

Oxşar xəbərlər