Çin şirkətləri OGPC kompleksində 50 faizədək paya sahib ola bilər

Çin şirkətləri OGPC kompleksində 50 faizədək paya sahib ola bilər Çin şirkətləri Azərbaycandakı OGPC kompleksində (Neft, qaz emalı və neft-kimya kompleksi) 50 faizədək paya sahib ola bilərlər.

Tehsil-press.az-n məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, bu məsələ üzrə işlər hazırda davam edir: "Bildiyiniz kimi, SOCAR və Çinin milli neft-qaz korporasiyası (CNPC) neft-qaz və neft kimya sahələrində əməkdaşlıq üzrə anlaşma memorandumu imzalayıblar. Hazırda Çinin dövlət "Eksimbank"ı, digər banklar və CNPC ilə birgə işləyirik və çox güman ki, tezliklə danışıqlar başa çatacaq".


Tehsil-press.az

Oxşar xəbərlər