Türkiyədə İŞİD-ə qarşı xüsusi əməliyyat keçirilib

Türkiyədə İŞİD-ə qarşı xüsusi əməliyyat keçirilib Türkiyədə İŞİD terror qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, Qaziantep Polis Departamenti Şahinbəy rayonunun Çaxmaq məhəlləsində əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda axtarışlar aparıb. Əməliyyata xüsusi təyinatlı polis qüvvələri də cəlb olunub. Əməliyyat zamanı terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 4 nəfər saxlanılıb. Saxlanılanlar Qaziantep Polis Departamentinin Terrorla Mücadilə Şöbəsinə aparılıb. 

Tehsil-press.az

Oxşar xəbərlər