SOCAR Rusiyanın “Rosneft” şirkəti ilə saziş imzalayıb

SOCAR Rusiyanın “Rosneft” şirkəti ilə saziş imzalayıb İstanbulda keçirilən Ümumdunya Enerji Konqresi çərçivəsində “SOCAR Turkey Enerji A.Ş.” Rusiyanın “Rosneft” şirkəti ilə saziş imzalayıb.

“Rosneft”in yaydığı məlumata əsasən, sazişin şərtlərinə görə, Rusiya şirkətinin istehsal etdiyi məhsullar “SOCAR Turkey Enerji” tərəfindən inşa olunan STAR neft emalı zavoduna tədarük olunacaq. Söhbət əsasən neft və digər xammallardan gedir. Tərəflər tədarük olunacaq məhsulların həcmini və nomenklaturasını, habelə tədarük vaxtını müəyyən etməlidir. 

Tehsil-press.az

Oxşar xəbərlər