Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb

Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb 2015-ci ildə əyani tam orta təhsil müəssisələrində direktor vəzifəsində çalışan qadınların sayı ötən tədris ili ilə müqayisədə 31,9 faizdən 32,1 faizə qədər artıb.

Tehsil-press.az-n statistik göstəricilərə istinadən verdiyi məlumata görə, əyani ümumi təhsil müəssisələrindəki qadın direktorların və müavinlərin sayı 1,8 faiz artıb. Statistik məlumatlara görə, Azərbaycanda hər 100 təhsil alana 47 qadın və 53 kişi düşür. Ötən tədris ili üzrə olan məlumatlara əsasən, dövlət orta ixtisas təhsili müəssisələrində qadın tələbələrin xüsusi çəkisi bütün tələbələrin 68 faizini təşkil edir. Qadınlar əsasən pedaqoji, səhiyyə, humanitar və sosial, mədəniyyət və incəsənət, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə təhsil alırlar.
Qeyri-dövlət orta ixtisas təhsil müəssisələrində tələbələrin çox hissəsini kişilər təşkil edir. 2015/2016-cı tədris ilinin əvvəlinə dövlət ali məktəblərində qadınların xüsusi çəkisi 49,7 faiz, kişilərin xüsusi çəkisi isə 50,3 faizlə olub. Qadınlar əsasən pedaqoji, səhiyyə, qida məhsullarının texnologiyası, təbiət elmləri, eləcə də mədəniyyət və incəsənət ixtisaslarına üstünlük verirlər.

Tehsil-press.az

Oxşar xəbərlər