Botanika İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib

Botanika İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib ETN Botanika İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib.

İnstitutun direktoru, professor Səyyarə İbadullayeva bildirib ki, 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə həyata keçirilib. On minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib, mədəniyyət abidələri, tarixi binalar və məscidlər dağıdılıb. Professor S.İbadullayeva qeyd edib ki, tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə obyektiv qiymət vermək mümkün olmayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Prezident İlham Əliyevin diqqəti sayəsində 1918-ci il soyqırımı ilə bağlı genişmiqyaslı araşdırmalar aparılıb, erməni millətçiləri tərəfindən törədilmiş cinayətlərə dair yeni faktlar üzə çıxarılıb.

Tədbirdə biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayev çıxış edərək Mart Soyqırımını Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biri kimi qiymətləndirib və tarixin bir daha təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.

Sonda faciə hadisələrini əks etdirən film nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər