Ən yaxşı məktəb və ən yaxşı müəllim müsabiqəsi ləğv edilib

Ən yaxşı məktəb və ən yaxşı müəllim müsabiqəsi ləğv edilib Azərbaycan Prezidenti İlham Əliyev “Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, "Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 55; 2011, № 22, maddə 85) ləğv edilsin.

Tehsil-press.az

Oxşar xəbərlər