Azərbaycanın turizm sektorunun inkişafı üzrə dörd əsas hədəf müəyyənləşdirilib.
Tehsil-press.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, bu sektor üzrə uzunmüddətli perspektivə nail olmaq məqsədilə 2020-ci ilədək olan dövr üçün ölkə üzrə turizm sektorunda dörd əsas hədəf müəyyənləşdirilib. Birinci hədəf Bakının turizm potensialından tam istifadə etməkdir. Hazırda Bakı şəhəri daha yaxşı inkişaf etmiş infrastruktura malik olmaqla, çoxsaylı xarici turistlərin marağını cəlb etməkdədir. Bu istiqamətdə müəyyənləşdirilmiş dörd prioritet Azərbaycanın bu perspektivə nail olmasına imkan verəcəkr. Potensialdan daha səmərəli istifadə məqsədilə xüsusi idarəetmə mexanizminin yaradılması, məlumatlılığın daha da artırılması, turist xidməti paketlərinin yenilənməsi, müxtəlif turizm fəaliyyət növlərinin səmərəli təbliği və turizm infrastrukturunun məqsədyönlü inkişafı nəzərdə tutulur.
Yol xəritəsində bildirilir ki, ikinci hədəf milli səviyyədə daha yaxşı idarəetmənin təşkili, turizm və rekreasiya zonalarının yaradılması, mövsümiliyin aradan qaldırılması üçün regional səviyyədə turizm infrastrukturunun inkişafı, hava əlaqələrinin yaxşılaşdırılması, viza prosedurlarının sadələşdirilməsi də daxil olmaqla, turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılmasıdır. Üçüncü hədəf regional turizm təşəbbüslərini həyata keçirməklə Azərbaycanda turizmi inkişaf etdirməkdir. Belə ki, daha yaxşı inteqrasiya olunmuş turizm sektoruna nail olmaq üçün sağlamlıq, qış və ekoturizm kimi turizm növlərinin inkişafına investisiya qoyuluşları həyata keçiriləcək.
Dördüncü hədəf isə turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirməkdən və turistlərin məmnunluğunu artırmaq üçün standartlaşdırma və sertifikatlaşdırma sistemini təkmilləşdirməkdən ibarətdir.
2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş hədəflərin reallaşması nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in birbaşa 293 milyon və dolayı 172 milyon manatadək artacağı, cəmi 35 min olmaqla bilavasitə turizm sektorunda 25 min iş yerinin yaradılacağı proqnozlaşdırılır. Təsirin gerçəkləşdirilməsi dövlət-özəl resursları hesabına 350 milyon manat həcmində investisiya qoyuluşunu tələb edir.
Turizm sektorunda göstərilən əsas təşəbbüslər Azərbaycan Mədəniyyət vəTurizm Nazirliyi tərəfindən əlaqələndiriləcək.
Tehsil-press.az