2017-nin ilk hərraclarında neftin qiyməti qalxdı

2017-nin ilk hərraclarında neftin qiyməti qalxdı Yeni ilin əvvəlindən dünya birjalarında neft bahalaşıb.

Tehsil-press.az xarici KİV-ə istinadən bildirir ki, İCE London birjasında "Brent" markalı neftin qiyməti 0,612 faiz bahalaşıb və bareli 57,17 dollar olub.
Hyu-York birjasında isə WTI markalı neftin fevral fyuçersi 48 sent bahalaşaraq bareli 54,2 dollar təşkil edib.
"Bloomberg" bildirir ki, karbohidrogen xammalı Qətərdən gələn xəbərlərin fonunda bahalaşır. Xatırladaq ki, bu ölkə 3 yanvardan neft hasilatını sutkada 130 min barel səviyyəsində azaltdığını bəyan edib.

Tehsil-press.az

Oxşar xəbərlər