Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) nüfuzlu “Əl-Fəcr” qəzetində səfir Daşqın Şikarovun “Azərbaycan Qara Yanvar faciəsinin 27-ci ildönümünü qeyd edir” sərlövhəli məqaləsi (http://www.alfajr-news.net/node/130131) işıq üzü görüb.
Tehsil-press.az xəbər verir ki, məqaləsinin başlanğıcında D.Şikarov 20 yanvar 1990-ci ilin Azərbaycan xalqının yaddaşında silinməz izlər qoyduğunu yazaraq, xalqımızın həmin tarixdə kommunizm əsarətinə qarşı qalxdığını, lakin azadlıq və müstəqilliyin heç də asan başa gəlmədiyini oxucuların diqqətinə çatdırır.
Diplomat İkinci Dünya Müharibəsi illərində sovet hakimiyyətinə saysız-hesabsız xidmətlər göstərməsinə rəğmən Azərbaycan xalqına öz dinc nümayişi zamanı sovet ordusu tərəfindən divan tutulduğunu qabardır və 20 Yanvar hadisələrinin təfərrüatları barədə oxucuları məlumatlandırır. Həmçinin mərkəzi sovet hakimiyyətinin zor tətbiq etməsinin xalqımızda milli-azadlıq mübarizəsini daha gücləndirdiyi xüsusilə qeyd edilir.
Oxucuların diqqətini digər sovet respublikalarının da oxşar hücumlara məruz qaldıqlarına çəkən səfir, bu hücumların Azərbaycandakı miqyasının daha ifrat dərəcədə olduğunu önə çəkir, Bakının quru və dənizdən mühasirəyə alındığını qeyd edir. Sonra D.Şikarov Moskvada olan və SSRİ rəhbərliyinin siyasətinə etiraz olaraq, tutduğu bütün yüksək postlardan istefa verən ümummilli lider Heydər Əliyevin 20 yanvar hadisələrinin ertəsi günü Azərbaycan nümayəndəliyinə üz tutduğunu bildirərək, orada bu qanlı faciəni pislədiyini və bu iyrənc cinayəti törədənlərin cəzalandırılmasını tələb etdiyini və sərt mövqe nümayiş etdirməklə öz həyatını təhlükə altına atdığını vurğulayır.
Faciədən ötən qısa müddətdən sonra Azərbaycan Respublikası Ali Sovetinin bütün üzvlərinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı yekdilliklə qəbul etdiklərini yazan səfir bu qərardan sonra ümumxalq səsvermənin keçirildiyini və yalnız bir sualın – “Siz Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” referenduma çıxarıldığını oxucuların diqqətinə çatdırır və Azərbaycan xalqının dövlət müstəqilliyinin xeyrinə yekdilliklə səs verdiyini bildirir.
Məqaləsinin yekun hissəsində diplomat Azərbaycanın bu gün misli görünməmiş göstəricilərlə dinamik inkişaf edən ölkə olduğunu, regional liderə və beynəlxalq əlaqələrdə etibarlı tərəfdaşa çevrildiyini qabardaraq, bütün bunların önündə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi dayanaqlı demokratik və iqtisadi islahatların, eləcə də müdrik hakimiyyətin və fəal idarəçiliyin dayandığını xüsusilə qeyd edir.
“Hər il 20 yanvar tarixində Azərbaycan xalqı ölkənin müstəqilliyi, azadlığı və inkişafı naminə canlarından keçmiş şəhidlərin uyuduğu Şəhidlər Xiyabanını ziyarət edir”, - deyə D.Şikarov məqaləsini tamamlayır. Məqalədə, eyni zamanda Human Rights Watch təşkilatının “Azərbaycanda qara yanvar” başlıqlı hesabatına da nəzər salınır və sovet ordusu tərəfindən istifadə edilən zorakılığın kütləvi cəzalandırmaya çevrildiyi də qeyd edilir.
Tehsil-press.az