Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən tehsil-press.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Günün ikinci yarısında bəzi yerlərdə yağış yağacağı, axşama doğru sulu qara keçəcəyi ehtimalı var.
Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Abşeron yarımadasında gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-5° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 80-90% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Gündüz bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.
Xəbərdarlıq
Yanvarın 22-si gündüzdən 23-ü gündüzədək, əsasən, şimal və şərq rayonlarında yağış, sulu qar, qar yağacağı gözlənilir. Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.

Tehsil-press.az

Oxşar xəbərlər