TARİXDƏ BU GÜN - 6 FEVRAL

TARİXDƏ BU GÜN - 6 FEVRAL 1905-ci il. Bakıda erməni-daşnak silahlı dəstələrinin müsəlman əhaliyə qarşı kütləvi qırğınları başlayıb. Çar Rusiyası hakim dairələrinin ölkədəki inqilab dalğasından diqqəti yayındırmaq üçün təhrik etdikləri toqquşmalar fevralın 9-dək davam edib və erməni silahlı dəstələri mindən çox müsəlman-türkü qətlə yetiriblər. Bakıda bir müddət hərbi vəziyyət elan edilib, lakin erməni silahlı qüvvələrinin müsəlman əhaliyə qarşı hücumları fasilələrlə sonrakı dövrdə də (1907-ci ilədək) davam edib.
TARİXDƏ BU GÜN - 6 FEVRAL
1950-ci il. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti Ağaxan Abdullayev anadan olub (1950-2016). Özünəməxsus ifa tərzi ilə seçilən, Azərbaycan xalqının çoxəsrlik musiqi mədəniyyəti xəzinəsinə töhfələr verən Ağaxan Abdullayevin sənət fəaliyyəti gənc və istedadlı ifaçıların yeni nəslinin formalaşdırılması üçün bir məktəbdir. Muğamın klassik ifa üslubunun və bütövlükdə Azərbaycan milli musiqi sənətinin saflığının qorunub saxlanması onun 40 ildən artıq müddətdə fəaliyyətinin qayəsini təşkil edib. Klassik muğamlarımızla yanaşı, bir çox təsniflər və xalq mahnıları məhz onun ahəngdar ifasında Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına həmişəlik daxil olub. Heydər Əliyev Fondu tərəfindən muğamla bağlı həyata keçirilən genişmiqyaslı proqramlarda iştirakı onun muğam ifaçılığı ənənələrinin qorunması istiqamətindəki fəaliyyətinin ayrılmaz parçası olub.
TARİXDƏ BU GÜN - 6 FEVRAL
2006-cı il. Azərbaycan Prezidentinin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Təhsil-press.az

Oxşar xəbərlər