11.02.2017 Gündəlik Bürclər

11.02.2017 Gündəlik Bürclər Qoç - Maraqlandığınız işləri yarımçıq qoymayın. Qətiyyətli olun, ən cüzi səhvdən və kiçik problemdən sonra geri çəkilməyin. Bu gün sizə çox şey vəd edir. Yeni fürsətlər yaranır, sizin üçün tamamilə yeni olan bir sahədə müvəffəqiyyət qazana bilərsiniz. Maraqlı insanlarla tanışlıqlar gözlənilir.
Buğa - Uğur qazanmaq şansınız çoxdur. İş burasındadır ki, başqalarını öz mənafeyiniz naminə «xərcləməkdən» çəkinmirsiniz. Çox tez-tez qəti surətdə dediyinizin üstündə durursunuz, ətrafınızdakıların da sizinlə razılaşmaqdan başqa çarəsi qalmır. Bir nəfərin sizə qarşı kini getdikcə artacaq. Gərəkli proseslərə təkan verə bilərsiniz. Tələsmədən, ahəstə şəkildə çalışın. Şanslarınızdan yararlanın.
Əkizlər - Cari işlərlə məşğul olun, rutin məsələləri çözün. Faydalı biliklər və bacarıqlar əldə edin. Çətinlikləri kimsədən yardım gözləmədən özünüz aradan qaldırın. Hadisələrin standart axarından kənara çıxan məqamlarda səbrli olun. vacib məsələləri həll edə, həmçinin əməkdaşlıq barədə razılığa gələ bilərsiniz. Yeni tanışlıqlar qurmaq olar, amma onu da bilin ki, bu tanışlığın davamı iş çərçivəsindən kənara çıxmayacaq.
Xərçəng - Yaşam arealını qaydaya salın. Fəaliyyət müstəvisindəki problemləri tədricən həll etməyə aludə olmayın. Çətinlikləri ən qısa zamanda aradan qaldırmağa can atın. Maliyyə vəsaitlərinin uzunmüddətli saxlanması və ya qorunması ilə bağlı məsələlər aktuallaşır. Həm işgüzar, həm əyləncə xarakterli səfərlər üçün münasib gündür. Dostlarla görüşlər sizi sevindirəcək. Köhnə tanışlarınız sizə xoş sürprizlər edəcəklər. Yeni pərəstişkar tapmaq şansınız var. Romantik macəra yaşaya bilərsiniz.
Şir - İşdə ciddi uğurlar qazana, karyeranızda xeyli irəliləyə bilərsiniz. Çox cazibədarsınız və insanlarla asan dil tapırsınız. Yeni tərəfdaşlar, iş ortaqları, nüfuzlu hamilər tapmaq şansınız yüksəkdir. İstənilən ictimai faydalı iş məsləhətlidir. Maliyyə və daşınmaz əmlakla bağlı məsələlərin çözülməsi üçün əlverişli zamandır. Ailə üzvləri ilə münasibətləri gərməyin.
Qız - Valideynlərlə münasibətlərə diqqət yetirin. Bu gün onlarla anlaşılmazlıqlar yaranarsa, sonradan sərinliyi aradan qaldırmaq asan olmayacaq. Ümumi mülkiyyət, planlaşdırılmış alış-verişlə bağlı mübahisələr mümkündür. Gün o qədər də yaxşı başlamasa da, nikbinliyinizi qoruyub saxlaya bilirsiniz. Bu, uğur qazanmağınıza, qarşınıza qoyduğunuz məqsədlərə çatmağa, rəqiblərinizi üstələməyə imkan verir.
Tərəzi - Qeyri-adi gündür, onu uzun müddət unutmayacaqsınız. O qədər gözəl imkanlarınız yaranır ki, şəraiti və öz qüvvənizi düzgün qiymətləndirmək sizə çətindir. Yeni maraqların yaranması, dünyagörüşünün artması mümkündür. Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil. Ehtiyatlı olun, tanış olduğunuz insan sizinlə səmimi olmaya bilər.
Əqrəb - Günün ilk yarısı xoş, münasib zamandır. Səhvlər etsəniz də, onların fəsadları ağır olmayacaq. Yanlışlıqları müstəqil şəkildə aradan qaldırın. Kimsədən yardım gözləməyin. Seçimdə başqalarının məsləhətlərini aprior həqiqət saymayın. İş üçün əla gündür. Həm cari işlərin öhdəsindən asanlıqla gələcək, həm də peşəkar mövqeyinizi bərkidəcək, nüfuzlu şəxslərin dəstəyinə nail olacaqsınız. Danışıqlar məhsuldar keçir, ortaqlarınız sizin bilik və təcrübənizə şübhə etmirlər.
Oxatan - Bir çox cəsarətli ideyalarınızı həyata keçirə bilərsiniz. Əsas odur ki, tələsməyəsiniz. Siz qəti addımlar atmaq, bütün əlaqələri qırmaq niyyətindəsiniz, amma şərait tam tərsini tələb edir. Gəlirin artması və ya maliyyə yardımı istisna deyil. Əks cinsin mənsubu ilə mükalimələrdə diqqətli olun. Ünsiyyət zamanı sərt və qaba davranmayın. Ziddiyyətləri danışıqlar, müzakirələr vasitəsilə həll etmək olar.
Oğlaq - Emosiyalarınıza nəzarət edin, tamahsılanmayın. Təxribata uymayın. Zəifliklərinizə boyun əyməyin, əgər sakit, soyuqqanlı, ehtiyatlı olmasanız, üstündə əsdiyiniz münasibətləri korlayacaqsınız. Sadə olmayan analitik işlə məşğul olaraq mürəkkəb durumu çözə bilərsiniz. Yaxşı məsləhətlər verə bilərsiniz, amma niyyət və planlarınızı ətrafınızdakı insanlara açıqlamayın. Yeni arzular, istəklər və planlar yarana bilər. Bu istəkləriniz hətta sizi əla tanıyan insanlara da qəribə gələ bilər. Emosional fon stabil deyil. Əhvalınız qəflətən dəyişə bilər.
Dolça - Məqsədə doğru aramla, amma yolunuzdan əsla sapmadan hərəkət edin. Situasiya sizdən bəzi xam xəyallardan və illüziyalardan qurtulmağı tələb edir.İşdə ciddi çətinliklər ola bilər: əgər boş danışıqlara vaxt ayırmasanız, həmkarlarınızın müubahisələrinə qoşulmasanız və rəhbərliklə müzakirələr aparmasanız, bunlardan qaça bilərsiniz.
Balıqlar - Peşəkar bacarıqlarınızı artırın, tutduğunuz mövqeləri möhkəmləndirməyə çalışın. İş yerində rəhbərlik və həmkarlarla münasibətləri kəskinləşdirməyin. Heyvanlarla ünsiyyət, pişiklərlə, itlərlə oyun, at üstündə gəzinti emosional durumunuza müsbət təsir edər. Enerjiniz azdır, baş ağrısı, yuxusuzluqdan əziyyət çəkməyiniz mümkündür. Xroniki xəstəlikləriniz də güclənə bilər.

Təhsil-press.az

Oxşar xəbərlər