Akademik: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması dövlət idarəçiliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək

Akademik: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması dövlət idarəçiliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək Azərbaycanın dövlət idarəçiliyində qadınların da yüksək səviyyədə iştirak etməsi demokratik dövlət quruculuğunun mühüm göstəricisidir.

Bunu Təhsil-press.az-a Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsini çox mühüm hadisə hesab edir.
O qeyd edib ki, Mehriban Əliyevanın bu vəzifəyə təyin edilməsi müstəqil Azərbaycan dövlətinin daha da möhkəmlənməsi, inkişaf etməsi istiqamətində olduqca əhəmiyyətli addımdır.
Akademik bildirib ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması dövlət idarəçiliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.

Təhsil-press.az

Oxşar xəbərlər