Bakı məktəbindəki hadisə ilə bağlı RƏSMİ CAVAB

Bakı məktəbindəki hadisə ilə bağlı RƏSMİ CAVAB 233 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi ötən gün dərsdən qaçmaq istəyərkən təhsil müəssisəsinin ikinci mərtəbəsinin pəncərəsindən yıxılıb. Şagirdə yerində yardım edilib.

Şagirdin son vəziyyəti ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, 17.03.2026-cı il tarixində saat 10:25 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, 233 saylı məktəbdən çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Qeyd edilib ki, Təcili tibbi yardım briqadası tərəfindən 2011-ci il təvəllüdlü yeniyetməyə (kişi) sol ayağın küt zədəsi diaqnozu ilə yerində tibbi yardım olunub.

Tehsil-press.az

Oxşar xəbərlər