Güclü duman Bakı hava limanının işinə təsirsiz ötüşüb

Güclü duman Bakı hava limanının işinə təsirsiz ötüşüb Bakıda martın 10-da səhər saatlarında müşahidə olunan güclü dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.
Bu barədə Təhsil-press.az-a hava limanından bildiriblər. Məlumata əsasən, duman hava limanının işinə təsir etməyib.
"Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Hava limanı normal rejimdə işini davam etdirir", - deyə hava limanında bildiriblər.

Təhsil-press.az

Oxşar xəbərlər