Hökumətdə neçə vaxtdır gözlənilən ixtisarlar İslamiada yekunlaşdıqdan dərhal sonra başlanacaq.
Təhsil-press.az xəbər verir ki, bu haqda xəbəri musavat.com yayıb. Qəzetə məlumat verən mənbə iddia edib ki, əksər nazirlik və komitələr bir neçə aydır ki, ixtisarlarla əlaqədar olaraq bağlı qapılar arxasında müzakirələr aparır, hansı idarə və müəssisələrin ləğv ediləcəyi, hansılarının birləşdiriləcəyi ilə bağlı dəqiqləşdirmələr aparılır. Mənbə deyib ki, bu gizliliyin bir neçə səbəbi var. Əsas səbəb isə ixtisarlarla bağlı narazılığın vaxtından əvvəl başlamasının qarşısını almaqdır. Hökumət ondan da ehtiyat edir ki, müxalifət də bu məsələdən hansısa formada yararlana bilər. Nazirlik və komitə kuluarlarında isə aylardır ki, bu müzakirələr gizli və ya aşkar şəkildə gedir. Rəhbərlik isə ciddi ixtisarlar xəbərlərini hələ də “medianın dedi-qodusu” kimi izah etməklə kifayətlənir.
Sayt yazır ki, proses İslamiadadan sonra başlayacaq və mümkündür ki, dekabradək davam etsin. Bəzi mənbələr idarəetmə strukturlarında çalışan 140 minə yaxım məmurun ixtisar olunacağı iddia edir ki, bu da sosial gərginliyi artıra biləcək kifayət qədər ciddi rəqəmdir.
Xəbərdə deyilir: “Artıq ixtisarlar və qurumların birləşdirilməsi ilə bağlı xəbərlər artmağa başlayıb. Məsələn, rəsmi təsdiqlənib ki, iki gün əvvəl Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi və Sularda Xilasetmə Xidməti birləşdirilib. Yeni yaradılan qurum bundan sonra Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti adlanacaq.
Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərsu” ASC, “Azəravtoyol” ASC və başqa dövlət qurumlarında kütləvi ixtisarlar gözlənildiyi barədə də xəbərlər yayılıb. “Azərsu”, Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin ləğv edilməsi, onların bazasında Dövlət Su Agentliyinin yaradılması, Energetika Nazirliyinin ləğv edilməsi və funksiyalarının bir qisminin Neft Şirkətinə, digər qisminin isə İqtisadiyyat Nazirliyinə veriləcəyi də deyilir”.
Təhsil-press.az