XİN: Britaniyadakı partlayışda ölən və yaralananlar arasında azərbaycanlıların olması araşdırılır

XİN: Britaniyadakı partlayışda ölən və yaralananlar arasında azərbaycanlıların olması araşdırılır Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olmasını yerli orqanlar vasitəsilə araşdırır.
XİN rəsmisi deyib ki, hər hansı xəbər olduğu təqdirdə əlavə məlumat veriləcək.
Qeyd edək ki, İngiltərənin Mançester şəhərində, "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib.

Təhsil-press.az

Oxşar xəbərlər