İqtisadiyyat naziri: Türkiyə Qətərə istənilən dəstəyi verməyə hazırdır

İqtisadiyyat naziri: Türkiyə Qətərə istənilən dəstəyi verməyə hazırdır Türkiyə Qətərə istənilən dəstəyi verməyə hazırdır.
Təhsil-press.az-ın məlumatına görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.
Nazir qeyd edib ki, bu gün Qətərə səfər edən nümayəndə heyətinin tərkibində yer alacaq. Səfər zamanı böhranın həlli yolları müzakirə ediləcək:
“Türkiyə Qətər böhranını bir ailənin üzvləri arasındakı anlaşılmazlıq kimi görür”.
Qeyd edək ki, bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərə, daha sonra isə Səudiyyə Ərəbistanına səfər edəcək.

Təhsil-press.az

Oxşar xəbərlər