İqtisadiyyat naziri Azərbaycan şirkətinin Serbiyada tikdiyi avtomobil magistralının açılışında iştirak edəcək

İqtisadiyyat naziri Azərbaycan şirkətinin Serbiyada tikdiyi avtomobil magistralının açılışında iştirak edəcək Noyabrın 7-də iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyada səfərdə olacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən tehsil-press.az-a bildiriblər ki, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan hökuməti və Serbiya hökuməti arasında imzalanmış kredit sazişinə əsasən, maliyyələşdirilən və baş podratçısı Azərbaycanın “AzVirt MMC” şirkəti olan Serbiyanın əsas avtomobil magistralının Ljig-Boljkovci, Boljkovci–Takovo və Takovo-Preljina hissələrinin açılışında iştirak edəcək.
Səfər zamanı Serbiyanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək, Azərbaycan-Serbiya əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər