Myanma və Dominikan prezidentləri İlham Əliyevi təbrik ediblər

Myanma və Dominikan prezidentləri İlham Əliyevi təbrik ediblər Myanma Prezidenti Thin Cjo Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Myanma xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi, ölkənizə davamlı inkişaf və tərəqqi arzularımızı çatdırıram.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri və əməkdaşlıq birgə səylərimizlə gələcəkdə daha da intensivləşəcək.
Zati-aliləri, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edin".
XXX
Dominikan Prezidenti Danilo Medinadan:
"Milli bayramınız - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi ifadə etməkdən şərəf duyuram. Eyni zamanda, böyük xalqınıza tərəqqi, xoşbəxtlik və rifah diləyir, ən xoş arzularımı çatdırıram".

Təhsil-press.az

Oxşar xəbərlər