Moldova Prezidenti İqor Dodonun Azərbaycana rəsmi səfəri başa çatıb

Moldova Prezidenti İqor Dodonun Azərbaycana rəsmi səfəri başa çatıb Moldova Prezidenti İqor Dodonun Azərbaycana rəsmi səfəri bu gün başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Moldova Prezidenti İqor Dodonu hava limanında Azərbaycanın Baş nazirinin müavini İsmət Abasov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

Təhsil-press.az

Oxşar xəbərlər