İcra başçısının qalmaqallı müavini işdən çıxarıldı

İcra başçısının qalmaqallı müavini işdən çıxarıldı Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Xəyalə Qəmbərova vəzifəsindən azad olunub.
X.Qəmbərovaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni vəzifə verilib.
Qeyd edək ki, ötən həftə mətbuatda X.Qəmbərovanın ləğv olunmuş "Zamin Bank"ın rayon filialının rəhbəri tərəfindən borc götürüb qaytarmadığına görə döyülməsi barədə xəbərlər yazılıb.
X.Qəmbərova bu vəzifəyə 2014-cü ildə təyin olunub.

Təhsil-press.az

Oxşar xəbərlər