Bakının Xəzər rayonunun 230 saylı məktəbinin direktoru işləmiş Elşən Qafarov ilə onun müavini Ləman Babayeva arasında baş verən qalmaqalla əlaqədar olaraq, məktəbin direktoru vəzifəsindən azad edilib.
Bu barədə Tehsil-press.az-a E.Qafarov özü məlumat verib. E.Qafarov deyib ki, Xəzər rayonunun 230 saylı məktəbinə 2012-ci ilin sentyabrında direktor təyin edilib. O bildirib ki, vəzifəsindən azad olunması üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət edib və ötən gün nazirlik onun ərizəsini qəbul edib. E.Qafarov hazırda məktəbdə təhvil-təslim işləri apardığını söyləyib. Xatırladaq ki, L.Babayeva E.Qafarovun onu zorladığını iddia edib, lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib.
Tehsil-press.az