Kataloniyaya yeni rəhbər təyin olundu - İspaniyada gərginlik pik həddə çatdı

Kataloniyaya yeni rəhbər təyin olundu - İspaniyada gərginlik pik həddə çatdı Dünən Kataloniyanın müstəqillik elan etməsindən sonra İspaniya hökuməti muxtariyyətin hökumətini ləğv etmiş və idarəetməni rəsmi Madridə tabe etmişdi.
Bu gün isə İspaniya Baş nazirinin xanım müavini Soraya Saenz de Santamariya Kataloniyaya rəhbər təyin edilib.
Bundan başqa, Kataloniyanın polis rəisi Xosep Luis Trapero da vəzifədən qovulub.
Kataloniya rəhbəri Karles Puçdemon isə İspaniya hökumətini qərarlarını tanımadığını açıqlayıb.
Yaxın günlərdə Puçdemon və ətrafındakı nazirlər haqqında cinayət işinin açılması gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər