Kabildə 13 yaşlı kamikadze səfirliklərin yaxınlığında özünü partladıb - 5 ölü, 21 yaralı

Kabildə 13 yaşlı kamikadze səfirliklərin yaxınlığında özünü partladıb - 5 ölü, 21 yaralı Əfqanıstan paytaxtı Kabildə xarici ölkə səfirliklərinin yerləşdiyi Vəzir Əkbər Xan rayonunda törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb.
Tehsil-press.az xəbər verir ki, partlayışı 13 yaşlı kamikadze törədib.
***
ABŞ-ın Əfqanıstan paytaxtı Kabildəki səfirliyinin yerləşdiyi ərazidə partlayış törədilib.
Tehsil-press.az xəbər verir ki, hadisə nəticəsində onlarla insan ölüb və yaralanıb.
Partlayışın baş verdiyi əraziyə təhlükəsizlik qüvvələri, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.
Qeyd edək ki, ABŞ-ın Türkiyədən qalmaqalla ayrılan səfiri Con Bass hazırda ölkəsinin Əfqanıstandakı səfirliyinə başçılıq edir.

Tehsil-press.az


Oxşar xəbərlər